- This event has passed.
“Yerin dərinliyindən Kosmosun sonsuzluğuna” adlı Böyük Elm Festivalı (BEF2023)
Ənənəvi olaraq hər il keçirmiş olduğumuz Böyük Elm Festivalı, bu il də sizlərin qarşısındadır!
Festival GeoClub və SEG ASOIU-nun təşkilatçılığı ilə, Azərbaycanda füsunkar təbiəti ilə seçilən Pirquluda yerləşən Şamaxı Astrofizika Rəsədxanası ərazisində və düşərgə şəraitində keçiriləcəkdir.
Ümumi olaraq Festival əsasən 3 hissədən ibarətdir :
1. Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlıq və Rəsədxananın konfrans zalında Spikerlərin çıxışlarını dinlənəcək, spikerlər və mövzular haqqında məlumat paylaşılacaq geniş mülahizə və müzakirələr aparalıcaqdır.
2. Rəsədxana ərazisində – Pirqulu meşəsi mənzərəsində, əvvəlcədən hazırlanmış düşərgə ərazisindəki Elmi stendlər ilə tanış olacaq, həmçinin hər elm sahəsinə uyğun praktiki işlər nümayişini izləyəcəksiniz.
(Elmi stendlər və elm sahələri haqqında ilkin məlumatlar yaxın zamanda paylaşılacaq)
3. Açıq səma altında gecə vaxtı ocaq başında elmi müzakirələr baş tutacaq, həmçinin, siz həm stasionar teleskoplarla, həm də Rəsədxananın əsas teleskopları ilə səmanı müşahidə edə biləcəksiniz.
FESTİVALIN PROQRAMI (8-9 iyul 2023)
8 iyul
06:30 – Toplanış (Gənclik Mall-ın qarşısı)
07:00 – Yola düşmə saatı
11:00 – Şamaxı Astrofizika Rəsədxanasına çatırıq
11:00 – 12:30 – Rəsədxana ilə tanışlıq, muzeyə baxış, rəsədxanada görülən işlər və s.
13:00 – Düşərgə ərazisinə çatıb, çadırlar üzrə yerləşmək
13:00 – 14:00 Asudə vaxt
14:00 – 15:00 – Nahar vaxtı (manqalda təzə hazırlanan kabablar)
15:00 – 16:00 Asudə vaxt və Əyləncəli oyunlar
16:00 – 18:00 – Festival üçün hazırlanmış düşərgə ərazisinə giriş, elmi stendlər ilə tanışlıq
18:00 – 20:00 – İntellektual və əyləncəli oyunlar
20:00 – 21:00 – Axşam naharı
21:00 – 00:00 – Rəsədxananın konfrans zalında Spikerlərin elmi çıxışları
9 İyul
00:00 – 02:00 – Teleskoplarla müşahidələr
02:00 – 03:00 – Film saatı (Elmi sənədli film)
03:00 – 06:00 – Ocaq başında söhbətlər, müzakirələr və s.
06:00 – 07:00 – Səhər yeməyi
07:00 – 08:00 – Toplaşma və geri dönüş
Gecə boyu maraqlı elmi-əyləncəli müsabiqələr olacaq və qaliblərə hədiyyələr veriləcək. Həmçinin gitaristin ifasında musiqili anlar da asudə vaxtlarda olacaqdır.